Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarında ölkəmizə ilk gümüş medalı qazandırıb. O, finalda italiyalı idmançı Luici Busaya 1:0 hesabı ilə məğlub olub.
Hazırda Azərbaycan idmançıları Tokio Olimpiadasında 1 gümüş və 3 bürünc medal qazanıblar.
It’s #silver for Rafael Aghayev of #AZE in the men’s 75kg kumite.#StrongerTogether |#Tokyo2020 | @worldkarate_wkf pic.twitter.com/09dnIzGxKi
— Olympics (@Olympics) August 6, 2021
***
16:40
Rafael Ağayev yarımfinalda 7:0 hesabı ilə macarıstanlı idmançı Harspataki Qabor Karoliyə qalib gələrək finala yüksəlib. Finalda karateçimiz İtalianın idmançısı Busa Luigislə göruşəcək.
***
14:44
Rafael Ağayev çıxış etdiyi qrupda daha iki qələbə qazanıb. O, Avstraliyanı təmsil edən yapon əsilli Suneri Yahiroya 5:0 hesabı ilə qalib gəlib.
Daha sonra Rafael Ağayev Qazaxıstan idmançısı Nurkanat Ajikanovu 3:2 hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib.
Qrup mərhələsinin son görüşündə Ağayev italiyalı Luici Buza ilə qarşılaşacaq.
***
12:41
Azərbaycan karateçisi Rafael Ağayev avqustun 6-da Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
75 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız B qrupundakı ilk görüşündə Almaniya təmsilçisi Noa Biçə 2:1 hesabı ilə qalib gəlib.