top
Sabirabadda qonşusunu bıçaqlayan gənc CƏZA ALMADI
11 yanvar 2025, 05:18
- ↺ +

Sabirabadda qonşusunu bıçaqlayan gənc CƏZA ALMADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Nicat Qaraşov (ad şərtidir) 2006-cı ildə Bərdə şəhərində anadan olub. O, epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkib. Bu xəstəlik səbəbindən anlaqsız vəziyyətdə olaraq Sabirabad rayonunda cinayət törədib. O, Əlövsət Cəlilovun (ad şərtidir) ona qarşı nalayiq ifadələr işlətdiyini əsas gətirərək onu bıçaqlayıb.

Nicat Qaraşov Azərbaycan Respublikası CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nicat Qaraşov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək hadisəni xatırlamadığını vurğulayıb.

Məhkəmədə zərərçəkmiş Əlövsət Cəlilov ifadə verib:

“Hadisədən 3-4 ay əvvəl Nicat anası ilə Sabirabad rayonu, Güdəcühür qəsəbəsinə köçərək burada yaşamağa başladı. Biz uşaqlarla domino oynayanda o da yanımıza gəlirdi. Nicatın danışığında kobudluq hiss edirdim, bir neçə dəfə ona “buradan get” dedim. O da həmişə çıxıb gedib. Hadisə günü biz yenə domino oynayırdıq. Nicat gəlib məişət məsələsi ilə bağlı kömək istədi amma heç kim ona köməklik göstərmədi. Buna görə o, nalayiq ifadələr işlətməyə başladı. Nicata “çıx get burdan, o nə sözdü işlədirsən!” dedim. Bu sözümə cavab olaraq məni də söyməyə başladı. Ona doğru gedəndə Nicat yerdə daş götürüb mənə atdı. Sonra yerə yıxıldı və ürəyi getdi. Onu ayıldıb evinə göndərdik.

Hadisədən bir neçə dəqiqə sonra Nicatın anası ilə gəldiyini görüb ayağa qalxdım. Yanımıza çatanda anası “uşaqla nə işiniz var?” deyə soruşdu. Onunla işimizin olmadığını dedim. Daha sonra Nicatın anası başı ilə oğluna işarə etdi. Bu zaman Nicat mənə bıçaq zərbəsi endirdi. Lakin bıçaqlandığımı əvvəlcə hiss etmədim. Onun əlində bıçağı gördükdən sonra bıçaqlandığımı başa düşdüm. Nicat məni orada bıçaqlamağa cürət edə bilməzdi. Lakin evdə öyrədilib gətirildiyi üçün bu yola əl atıb. Yəqin ki, anası ona deyib ki, “get, mən də səninlə gələcəm, fürsət olan kimi sənə işarə edəndə bıçaqlayarsan”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Nicat Qaraşovun hadisəni anlaqsız törətdiyi müəyyən edilib. İctimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Fidan İlqar

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
29 oktyabr 2026, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər