Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, noyabrın 10-da saat 22:00 radələrində paytaxtın Sabunçu rayonu Sabunçu qəsəbəsi ərazisində 18 yaşlı A.İsgəndərliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 20 yaşlı T.Babayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.