top
Şəhid xanımı: “Son sözü bu oldu ki, hər şeyə hazır ol” – ÖZƏL MÜSAHİBƏ
31 oktyabr 2024, 02:25
- +

Şəhid xanımı: “Son sözü bu oldu ki, hər şeyə hazır ol” – ÖZƏL MÜSAHİBƏ

44 günlük Vətən müharibəsində Azərbaycan oğulları qəhrəmanlıq göstərdi, torpağımızın işğaldan azad edilməsi yolunda gözlərini qırpmadan canlarından keçdilər. Belə igidlərimizdən biri də şəhid polkovnik-leytenant Vidadi Xəlilov olub.

Bu gün onun şəhadətə ucalmasından dörd il ötür. Bu münasibətlə İnsanoid.com-un əməkdaşı şəhidin həyat yoldaşı Nərmin Xəlilova ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

- Nərmin xanım, həyat yoldaşınız Vidadi haqqında məlumat verməyinizi istərdim.

- Vidadi Vaqif oğlu Xəlilov 1982-ci ilin iyulun 16-da Göyçay rayonunda anadan olub. Rayondakı 3 saylı tam orta məktəbdə oxuyub. 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini başa vurduqdan sonra zabit kimi orduda çalışıb. Leytenant, baş leytenant, kapitan, mayor, polkovnik-leytenant rütbələrinə layiq görülüb. Polkovnik-leytenant rütbəsində döyüş hazırlığı rəisi təyin olunub.

Vətən müharibəsinin ilk günlərindən Vidadi Xəlilov Murovdan başlayaraq Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Xəlilov oktyabrın 30-da Laçın döyüşləri zamanı şəhid olub. Oktyabrın 31-də Göyçay şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

- Vidadinin uşaqlıqdan hərb sahəsinə marağının olduğunu dediniz.

- Hərbini çox sevirmiş. Onun babası Böyük Vətən Müharibəsində iştirak edib. Hər zaman babası ilə fəxr edirdi. Hərbiyə sevgisi də babası ilə bağlıdır. Həmişə zabit olacağını deyirmiş. 12 il evli olduğumuz müddət ərzində bir dəfə də olsun, ondan yoruldum sözünü eşitmədim. 24 saatın elə bir anı olmayıb ki, biz yollarda olmayaq.

- Sonuncu görüşünüzdən bəhs edərdiniz.

- Onlar təlimdə idilər. Sentyabrın 27-dən əvvəl getmişdi. Biz Gəncədə yaşayırdıq. Gəncə bombalananda Vidadi evdə yox idi. Sonradan bizi Göyçaya apardı. Harada olduğunu bilmirdik. Daha sonra evə gəldi. Son görüşdə uşaqları bərk qoxuladı, dərindən nəfəs aldı. Son sözü bu oldu ki, “hər şey yaxşı olacaq. Lakin hər şeyə hazır ol”. Sanki məni uzun bir yola hazırlayırdı. Həmişə deyirdi ki, “mən qalib ölkənin qalib zabiti olmaq istəyirəm”.

Müharibədə onunla nadir hallarda, bir neçə həftədən bir telefon əlaqəsi saxlaya bilirdik. Danışanda həmişə deyirdi ki, “sən zabit yoldaşısan, hər şeyə hazır olmalısan”. O deyirdi ki, “mən heç vaxt özümdən aşağı rütbəliləri önə verib, arxada dura bilmərəm. Bu mənə və zabit şərəfinə yaraşmaz”. Elə bil içimə hiss dolmuşdu ki,  o şəhid olacaq...

Düşünürəm ki, hər kəs bu dünyadan köçəcək, amma hər kəs tarixdə yaşamayacaq. Vidadi yaşayır. Tarix boyu yaşayacaq. Hər gün Şəhidlər xiyabanını ziyarət edirəm. Oranı and yerimizə çevirmişik.

“Qızımın doğum günündə gələcəyini düşünürdüm”

- Mən onun yoxluğunu hələ də qəbul edə bilməmişəm. Noyabrın 15-də, qızımın doğum günündə gələcəyini düşünürdüm. O gündən sonra ümidim yox oldu.

Onun müharibədən gələcəyinə inanırdım. Tam fərqli arzularım var idi. Deyirdim, yeddi qurban kəsərəm. Qazi gəlsin, amma gəlsin. Övladları nəfəsini hiss etsinlər. Lakin gəlmədi. O, övladlarına geri dönmədi. Qadın xoşbəxtliyim, gəncliyim məhv olub. Amma xoşbəxtəm ki, anayam.

- Övladları atalarını necə xatırlayırlar?

- Onlar atalarını sanki 30 il görüblər. Qızım atasını 11 il, oğlum 8 il gördü. Onlar atalarını 30 ilə bərabər xatırlayırlar. Hər gün yad olunur. Onun oturuşu, duruşu yad edilir. Vidadi boş vaxtını ailəsinə ayırırdı. Uşaqları ilə gözəl vaxt keçirirdi.

Qızım Zəhra hazırda 10-cu, oğlum Vaqif isə 5-ci sinifdə oxuyur. Qızım tanınmış vəkil, oğlum isə futbolçu olmaq istəyir. Onlar atalarına layiqli böyüməyə çalışırlar.

Qeyd: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün şəhid Vidadi Xəlilov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edildib. “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.

Nəzrin Vahid

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 10:08

MİQ-in nəticələri açıqlanıb, 8 sualda səhv olub

Bütün Xəbərlər
Bu gün, 09:15

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Bütün Xəbərlər
Bu gün, 09:12

Prezident İlham Əliyev sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
Dünən, 21:55

Bu yollar 2 gün bağlı olacaq

Bütün Xəbərlər
Dünən, 18:02

AAAF Park Yaşayış Kompleksində antisanitariya - Sakinlər narazıdırlar + VİDEO

Bütün Xəbərlər
Dünən, 17:51

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

Bütün Xəbərlər
Dünən, 16:31

DİM rəhbəri: "Bir sıra aqrar ixtisaslar üzrə 150 balla dövlət sifarişli yerlərə qəbul mümkündür"

Bütün Xəbərlər
Dünən, 16:23

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub - FOTO

Bütün Xəbərlər
Dünən, 16:06

Məleykə Abbaszadə: "150–200 bal toplayan abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanı geniş olacaq"

Bütün Xəbərlər
Dünən, 16:02

DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir

Bütün Xəbərlər
Dünən, 15:44

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Bütün Xəbərlər
Dünən, 15:15

Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı QƏRAR

Bütün Xəbərlər
Dünən, 13:45

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

Bütün Xəbərlər
Dünən, 12:22

Sabah 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:06

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Bütün Xəbərlər
Dünən, 11:56

Nigar Budaqlını yataq xəstəsi edən həkimlərə HÖKM OXUNDU

Bütün Xəbərlər
Dünən, 11:10

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb

Bütün Xəbərlər
Dünən, 09:45

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
Dünən, 09:28

Sadır Japarov Azərbaycan–Qırğızıstan dostluğunu Nizami Gəncəvinin sözləri ilə ifadə etdi

Bütün Xəbərlər
Dünən, 09:24

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

Bütün Xəbərlər
Dünən, 09:16

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
Dünən, 09:02

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

Bütün Xəbərlər
Dünən, 08:47

Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

Bütün Xəbərlər
30 iyul 2026, 17:18

Sura Mirac Abbassoyun Azərbaycan güləş yığmasında çıxış etməsinə nə mane olur? - ARAŞDIRMA

Oxşar xəbərlər