top
Səhiyyə Nazirliyinin eksperti: “Fizioterapiya zamanı yuxu rejimi, həyat fəaliyyəti, iş rejimi nəzərə alınmalıdır”
03 fevral 2025, 03:05
- +

Səhiyyə Nazirliyinin eksperti: “Fizioterapiya zamanı yuxu rejimi, həyat fəaliyyəti, iş rejimi nəzərə alınmalıdır”

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Püstəxanım Baharlı fizioterapiya barədə ətraflı məlumat verib.

İnsanoid.com ekspertlə müsahibəni təqdim edir:

- Doktor, fizioterapiyanın növləri hansılardır?

- Fizioterapevtik faktorlar təbii və süni olmaqla 2 yerə bölünür. Təbii faktorlar dedikdə, Günəş vannaları, dənizdə çimmək, dəniz ətrafı gəzintilər, iqlim müalicəsi (iqlim terapiyası), təbii duz mağaraları, estetoterapiya, fonoterapya nəzərdə tutulur.
Süni faktorlar xarakterinə görə elektrik cərəyanı ilə müalicə, maqnitoterapiya, optik diapazonlu elektromaqnit dalğaları ilə müalicə, süni dəyişdirilmiş hava mühiti ilə müalicə, franklinizasiya, mexaniki üsullardan istifadə etməklə müalicə, su ilə müalicə, balneoterapiya, termoterapiya, iqlimlə müalicə, sanator-kurort müalicəsi və s. bölmələri mövcuddur.

- Uşaqlarda daha çox hansı şikayətlər əsasında fizioterapevtik müalicələr həyata keçirilir?

- Son illər elm və texnikanın inkişafı ilə əlaqədar olaraq uşaqlarda duruş kifozu, skoliozlar, döş qəfəsinin deformasiyaları, yastı pəncəlik, lordozlar, eləcə də travmatik zədələnmələr, əzələ sinir, yumşaq toxuma zədələnməsi və tənəffüs sistemi xəstəliklərinə rast gəlinir. Bundan əlavə, uşaqlarda genetik, irsi xəstəliklər, məsələn əzələ distrofiyaları, spinal, muskulyar atrofiya və nevroloji xəstəliklər müşahidə olunur.
Bu zaman masaj müalicəsi, bədən tərbiyəsi, kalsium fosfor elektroforez, paravertebral əzələlərin stimulyasiyası, üzgüçülük, maqnitoterapiya, ultrasəs müalicəsi, lazeroterapiya yaş qrupundan asılı olaraq fərdi seçilir. Bu prosedurları uşaqlar ildə 2 dəfə kurs şəklində qəbul edə bilərlər.

- Fizizoterapiya zamanı hansı amillər nəzərə alınmalıdır?

- Fizioterapiya zamanı xəstələrin yaşı, əsas və yanaşı gedən xəstəliklər, yuxu rejimi, həyat fəaliyyəti, iş rejimi nəzərə alınmalıdır. Uşaq, böyük və yaşlıların fizioterapiyaya olan reaksiyaları fərqlidir. Hər yaş qrupunun xüsusi tələbləri və məhdudiyyətləri olur.
Pasiyentin vəziyyəti və xəstəliyin gedişatına uyğun proqram tərtib olunmalıdır. Nevroloji, ortopedik, kardiopulmonar və digər vəziyyətlərə uyğun yanaşmalar tətbiq olunur.
Pasiyent şikayətlərlə müraciət etdikdə terapevtik, kardioloji, nevroloji, revmatoloji, endekronoloq, qastroenteroloq, LOR mütəxəssisləri tərəfindən konsultasiya olunur. Müayinələrin nəticələrinə əsasən hər bir xəstəyə individual müalicə planı hazırlanır.
Fizioterapiya təyin olunarkən, xüsusilə pediatriyada və ahıl yaşlı insanlarda fizioterapiyaya seçici yanaşmaq lazımdır. Dozimetriya yaşa uyğun seçilməlidir.

- Fizioterapiya və reabilitasiya üçün yaş məhdudiyyəti varmı?

- Fizioterapiyada mütləq yaş məhdudiyyəti yoxdur. Xəstənin yaşı, hazırkı vəziyyəti nəzərə alaraq, bu və ya digər prosedurların təyinetmə zamanı dozalanmanı fərdi seçirik. Ahıl yaşlı insanlara fizioterapiya təyin edilərkən, daha çox iqlim, kurort faktorları üstünlük təşkil etməlidir.
Fizioterapiya təyin olunarkən, ilk növbədə xəstələrin ürək-qan-damar sisteminin fəaliyyəti nəzərə alınmalı, kardioloji müayinə olunması vacib hesab olunur.

- Fizioterapiyanın istifadəsində hansısa əks-göstərişlərlə qarşılaşmaq mümkündürmü?

- Fizioterapevtik təyinatlar zamanı ümumi əks-göstərişlərə qanın sistem xəstəlikləri, koxeksiya, hipertoniya, baş-beyin damarlarının kəskin aterosklerozu, ürək-damar xəstəliklərinin dekonpensasiya mərhələsi, qan axma və qan axmaya meylilik, xəstənin ümumi ağır vəziyyəti aiddir. Bundan əlavə, qızdırmalı vəziyyət (bədən temperaturunun 38-dən yüksək olması), tez-tez tutmalarla müşayiət olunan epilepsiyalar, yüksək psixomotor oyanıqlıqlar, vərəmin açıq forması, bəd xassəli şişlər zamanı fizioterapiyanın istifadəsi tövsiyə olunmur.

- Hansı xəstəliklərdə Azərbaycanın unikal milli sərvəti olan Naftalan nefti tətbiq olunur?

- Bildiyiniz kimi, Naftalan şəhəri ərazisində əldə olunan eyniadlı neft yüksək müalicəvi təsirə malikdir. Hazırda dünyanın bir neçə ölkəsində də müalicəvi təsirə malik neft məhsulları əldə olunsa da, yüksək müalicəvi tərkibinə görə Naftalan nefti öz liderliyini qoruyub saxlayır.

Naftalan nefti naften turşuları və naften karbohidrogenləri ilə zəngindir. Zəngin kimyəvi tərkibi sayəsində naftalaoterapiya hiposensibilizasiya, iltihabəleyhinə, ağrıkəsici effekt yaranır, mübadilə-trofiki proseslər stimullaşır, toxumaların fizioloji regenerasiyası tənzimlənir.
Naftalan nefti həm ümumi vanna, həm də lokal yaxma, applikasiya zamanı rafinə olunan, qətransızlaşdırılmış naften karbohidrogenləri, naftomastika (naftalan nefti, parafin, seresin, kamfora) Naftalan yağı məlhəmləri şəklində tətbiq olunur. Əsasən dayaq-hərəkət sistemi, sinir sistemi, dəri xəstəlikləri, ginekoloji, LOR, uroloji xəstəliklərində geniş istifadə olunur.
Naftalan nefti digər fizioterapevtik üsullarla kombinə olunan formada tətbiq olunduqda, daha yüksək və dayanıqlı terapevtik nəticə əldə olunur.

- Uşaq və yeniyetmə yaş qrupunda rast gəlinən skoliozun müalicəsində hansı fizioprosedurlar tövsiyə olunur?

- Skolioz dayaq-hərəkət sistemi xəstəlikləri arasında rast gəlinən patologiyalara aiddir. Eləcə də, yaşlı insanlarda degenerativ proseslər fonunda əmələ gəlir. Skoliozun erkən diaqnostikası və müalicəsi vacibdir, çünki gecikmiş formalarda əməliyyat qaçılmaz olur.
Skoliozun müxtəlif formaları var. Bunlara kongenital, neyromuskulyar, idiopatik formalar aiddir. Kongenital forma anadangəlmə onurğa fəqərəsinin qüsurları ilə əlaqədardır. Neyromuskulyar forma nevroloji xəstəliklər fonunda yaranır.
Skoliozun simptomları inkişaf dərəcəsindən asılı olur. Bu zaman çiyin və çanaq hündürlüyündə olan assimetriya, kürək sümüklərində hündürlük fərqinin qeyri-bərabər vəziyyəti, döş qəfəsində qeyri-simmetrik vəziyyət, bel nahiyəsində çuxur görünməsi aşkar olunur.
Yeni doğulan və 3 yaşa qədər aşkar olunan skoliozlar infantil forma kimi, çox zaman bud-çanaq displaziyası ilə müşayiət olunur.

Yuvenil idiopatik forma 3-10 yaş arası uşaqlarda rast gəlinir. Bu zaman əyrilik artımı digərlərinə nisbətən daha çoxdur. Adolesan skolioz 10-18 yaş arası görülən skoliozdur.
Onurğa sütunu müxtəlif şöbələrində, daha çox döş və bel seqmentlərində əyriliklər müşahidə olunur. Onurğa sütunu deformasiyalarının nə qədər tez aşkar edib, müvafiq prosedurlar tətbiq olunarsa bir çox fəsadların qarşısını almaq mümkündür. İlkin olaraq rentgenoloji müayinələrin aparılması və skoliozun dərəcəsinin təyini vacibdir. Fizioterapevtik prosedurlar arasında onurğa sütunu deformasiyalarında daha geniş tətbiq olunan müalicəvi bədən tərbiyəsi, əzələ gücləndirilməsi, müalicəvi masaj, elektrostimulyasiya, kalsium, fosfor elektroforezi, hovuzda üzmələr geniş tətbiq olunur. Skoliozun dinamikasının izlənməsi vacibdir. Belə uşaqlar daim həkim nəzarətində olmalı, yanaşı profilaktik tədbirlər aparılmalı, kalsium, fosfor, vitamin D tərkibli vitaminlər, xüsusi qida menyusu tərtib olunmalıdır.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 16:47

İranda AzTV-ni "düşmən media" adlandırdılar – Bakının sərt cavabı

Bütün Xəbərlər
Bu gün, 16:43

Avarçəkmə, kanoe və kayak üzrə açıq Bakı çempionatının vaxtı dəyişilib

Bütün Xəbərlər
Bu gün, 16:25

Azərbaycanda ən çox izlənilən televiziya verilişi hansıdır? — TOP-15

Bütün Xəbərlər
Bu gün, 14:46

Azərbaycanın İstanbulda yeni konsulu kimdir? –DOSYE

Bütün Xəbərlər
Bu gün, 13:48

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

Bütün Xəbərlər
Bu gün, 13:35

Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırılıb, yeniləri təyin edilib

Bütün Xəbərlər
Bu gün, 13:22

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Bütün Xəbərlər
Bu gün, 13:19

Azərbaycanda alimlərin maaşları artırılacaq? – Ölkədə nə qədər elm adamı var?

Bütün Xəbərlər
Bu gün, 12:41

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:03

Bakıda güclü külək səbəbindən 2 nəfər təcili yardıma müraciət edib

Bütün Xəbərlər
Bu gün, 10:07

25 yaşlı oğlunun ölüm xəbərini alan ananın ürəyi dayandı

Bütün Xəbərlər
Bu gün, 09:46

Magistraturaya ixtisas seçiminin vaxtı uzadılıb

Bütün Xəbərlər
Bu gün, 09:32

UFC prezidenti: Makqreqor bir illik sıradan çıxıb

Bütün Xəbərlər
Dünən, 11:59

Prezident İlham Əliyev maldivli həmkarına təbrik məktubu ünvanlayıb

Bütün Xəbərlər
25 iyul 2026, 16:42

Xırdalanda kişi ona yemək verməyən arvadını döydü

Bütün Xəbərlər
25 iyul 2026, 15:56

Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib

Bütün Xəbərlər
25 iyul 2026, 15:53

"Kanalı borcla təhvil almışdıq, maaş ödənişləri mənim hesabıma olub" - Vado Korovin

Bütün Xəbərlər
25 iyul 2026, 15:23

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

Bütün Xəbərlər
25 iyul 2026, 14:34

Reper P. Diddy həbsxanadakı davadan sonra təkadamlıq kameraya köçürülüb

Bütün Xəbərlər
25 iyul 2026, 14:15

Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

Bütün Xəbərlər
25 iyul 2026, 13:47

İtaliyanın müdafiə naziri Mixail Fyodorova müşavir vəzifəsini təklif edib

Bütün Xəbərlər
25 iyul 2026, 13:04

Avropa Liqası: "Qarabağ" azarkeşləri üçün ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır

Bütün Xəbərlər
25 iyul 2026, 12:35

Bazar günü Azərbaycanda 41 dərəcə isti olacaq

Bütün Xəbərlər
25 iyul 2026, 09:36

İspaniya millisi DÇ-2026-dakı çempionluğa görə 15 milyon dollar vergi ödəyəcək

Oxşar xəbərlər