Bakının bir sıra ərazilərində təbii qazın verilişində fasilə olacaq.
İnsanoid.com xəbər verir ki, bu gün Sabunçu rayonu üzrə Nardaran və Pirşağı qəsəbələrinin, Bilgəh qəsəbəsi, Ləhic bağları, Pirşağı qəsəbəsi, Sovxoz yaşayış massivinin və Binəqədi rayonu üzrə S.S.Axundov, A.Kunanbayev, Aydınbəyov, İ.Hacıyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bildirilir ki, saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.