top
Taleyinə İŞ yazılan kİŞilər
02 noyabr 2024, 10:35
- ↺ +

Taleyinə İŞ yazılan kİŞilər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünya Kişilər Günü geridə qaldı. 60-dan çox ölkədə, o cümlədən Azərbaycanda da noyabrın ilk şənbəsində qeyd olunur. Qeyd olunur deyəndə ki… Əslində, Azərbaycan kişilərinin 99,9%-nin bundan heç xəbəri də yoxdur. Elə dünən də xəbərləri olmadı, adi gün kimi yaşadılar. Eşidib-bilənlər də “rəhmətliyin nəvəsi, bu soxa-soxda heç hənanın yeridir?” deyib üz çevirib gedərlər. Onları qınamağa dönən dillər quruyar. Kişilər haqlıdır…

Azərbaycanda ildən-ilə gender bərabərliyi, qadınların hüquqlarının qorunması, qızların təhsil alması və s. buna bənzər istiqamətlərdə fəaliyyət genişlənir. Bu, çox gözəldir, belə də olmalıdır. Amma hərdən bu binəva kişilərin də dərdinə yanmaq, onları da yada salmaq olar. Heç olmasa ildə 1 gün. O gün də bu gün olmasın, bəs hansı olsun?

Azərbaycanlı kişisi ağlı kəsəndən “Kişi ol!” şüarını eşidir və ona sadiq qalmağa çalışır. Heç eşitməsə belə, DNT səviyyəsində sanki daşa həkk olunub bu sözlər. Odur ki, artıq 4-5 yaşlı oğlan uşağı kişi olmaq üçün səy göstərir və sanki uzunluğu həyatına bərabər estafet qaçışına başlayır. Hər şərti məsafənin də öz şüarı var, birinin finiş xəttinə çatdıqda avtomatik olaraq qarşısında yenisini görürür: “Kişi şalvarına pi-pi eləməz!”, “Kişi iynədən qorxmaz!”, “Kişi ağlamaz!”, “Kişi dərslərini yaxşı oxuyar!”, “Kişi dərsdən qaçmaz!”, “Kişi utanmaz!”, “Kişi güclü olar!”, “Kişi pul qazanar!”, “Kişi qadına əl qaldırmaz!”, “Kişi tüpürdüyünü yalamaz!”, “Kişi evinə baxar!”, “Kişinin yaxşı işi olar!” və s. və s. Yəni Azərbaycan kişisi hətta gecə yatanda da (bəziləri üçün bu, sutkada 5-6 saat deməkdir) növbəti günün marafon qaçışını, başının üzərində Domokl qılıncı kimi asılmış müvafiq şüarı düşünür, bəzən isə reallığa çox yaxın ssenarilərlə yuxular da görür: “Uşağı bağçaya aparmalıyam, həyat yoldaşımın yazdığı siyahıya uyğun ərzaq almalıyam, qaz pulunu təcili ödəməliyəm, işdə rəisin tapşırdıqlarını axşama kimi mütləq bitirməliyəm, evə dönəndən sonra hamam otağında su kranını düzəltməliyəm, sonra… Yox, bu gün çatmayacaq, qalsın sabaha. Sabah isə…” Kişinin bu bitməyən serialın hansı yerində yuxuya dalmasını dəqiq demək çətindir: hər kəsdə fərqlidir. Amma tam dəqiqdir ki, məsələlər yarım qalmır, ardını kişi yuxuda görür.

Bir sözlə, Azərbaycan kişisi daim iş-gücdədir. Hətta rəsmi iş yeri olmasa belə. İş demişkən… Bəlkə, elə “kİŞi” sözünün tam 50 faizini “İŞ” əbəs yerə təşkil etmir? Kim bilir… Bəlkə də Azərbaycan dilinin təşəkkül tapdığı ilk dövrlərdə əcdadlarımız təcrübədən irəli gələrək bəşəriyyətin bu yarısını məhz “kişi” adlandırıb?..

Nə isə. Möhkəm olun, kişilər! Həm bu əlamətdar gündə, həm də ilin digər günlərində. Necə deyərlər, döyüş alnınıza, İŞ isə kİŞi taleyinizə yazılıb!

Vüsal Əliyev

Son xəbərlər

Cəmiyyət
Bu gün, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Bu gün, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Bu gün, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Bu gün, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Bu gün, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Bu gün, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Oxşar xəbərlər