top
Təyyarə qəzasında sağ qalan bələdçinin atası: “Adını ölənlərin siyahısında oxudum”
26 dekabr 2024, 03:39
- ↺ +

Təyyarə qəzasında sağ qalan bələdçinin atası: “Adını ölənlərin siyahısında oxudum”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sağ qalan bələdçilərindən biri də Aydan Rəhimlidir. Əvvəlcə onun ölüm xəbəri yayılsa da, sonradan bələdçinin xəstəxanadan görüntüləri yayılıb.

Əslən Zaqataladan olan, 1999-cu il təvəllüdlü Aydan Rəhimlinin atası Vaqif Rəhimli Bizim.Media-ya danışıb. O, qızının təyyarə qəzasına düşməsi xəbərini ilk olaraq mediadakı xəbərlərdən aldığını deyib:

“Qızımın adını ölənlərin siyahısında oxudum. Sonra oğlum zəng etdi ki, Aydanın olduğu təyyarə qəzaya uğrayıb, xəbəri eşitmisən? Dünya başıma uçdu. Sonradan dedilər ki, ekipaj üzvlərindən ikisi sağ qalıb. Onlardan biri də mənim qızımdır. AZAL-la əlaqə saxladım. Qaynar xəttdən mənə məlumat verildi ki, qızınız normaldı, həkim müayinəsindədir”.

Atanın sözlərinə görə qızı Ukraynanın Xarkov şəhərində Beynəlxalq əlaqələr üzrə ali təhsil alıb. Cəmi 4 aya yaxındır ki, AZAL-da çalışır:

“Sözün açığı mən çalışırdım ki, o, təyyarə ilə çox uçmasın. Daha çox yaxın məsafələrə uçuşu olurdu. Xüsusən də Naxçıvana, filan bir neçə uçuşu olub. Ona görə məhz sonuncu uçuşundan xəbərsiz idim”.

Ata qızı ilə bir dəfə telefon əlaqəsi qurduğunu deyib:

“Əslində qızımın yanına uçmaq istəyirdim. AZAL-dan bildirdilər ki, buna ehtiyac yoxdur, xəstə yaxınları xəstəxanaya buraxılmır. Mənə nömrə verdilər, qızımla danışdım. Ağlayırdı... Faciə gözləri önündə canlandığı üçün hələ də özündə deyil. İnsanların necə yandığını öz gözləri ilə gördüyünü deyib hönkürdü. Sarsıntı içindədir. Qızıma psixoloq da təhkim olunub. Bir neçə gün psixoloji dəstək göstərildikdən sonra ölkəyə gətiriləcək”, - deyə ata əlavə edib.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Bu gün, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Bu gün, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər