“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayan təyyarədə çox sayda həlak olan və xəsarət alan vətəndaşlar var. Bəs baş vermiş qəza ilə əlaqədar zərərçənkənlərə təzminat ödənəcəkmi?
Hüquqşünas Samir Qasımov Avtosfer.az-a müsahibəsində bildirib ki, “İcbari sığortalar haqqında” qanuna əsasən, hava nəqliyyatında səyahət edən sərnişinlərin həyatı və sağlamlığı icbari şəkildə sığorta olunur:
“Hər bir sərnişinin vəfat etməsi halında, 5 000 AZN sığorta şirkəti tərəfindən onların vərəsələrinə ödənilməlidir. AZAL öz məsuliyyətini hansı şirkətdə sığortalayıbsa, həmin şirkət ödənişləri həyata keçirəcək. Hər bir halda icbari sığorta bürosu AZAL ilə müqaviləsi olmasa belə, o məbləği ödəyəcək.”
Hüquqşünas sonda vurğulayıb ki, qanunda olmasa belə dövlət zərərçəkənlərin ailələrinə yardım göstərə bilər.
[gallery link="file" columns="1" size="full" ids="211925"]