top
Terapevt: Meymunçiçəyi xəstəliyi yüngül gedişatlı xəstəlikdir
22 yanvar 2025, 04:32
- ↺ +

Terapevt: "Meymunçiçəyi xəstəliyi yüngül gedişatlı xəstəlikdir"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Meymunçiçəyi virusuna qarşı peyvəndlər ümumiyyətlə çiçək xəstəliyinə qarşı hazırlanan peyvəndlərdən alınır, çünki iki virus genetik cəhətdən çox oxşardır”.

İnsanoid.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, Beynəlxalq səhiyyə təşkilatları tərəfindən aparılan araşdırmalar göstərir ki, çiçək xəstəliyinə qarşı hazırlanan vaksinlər həm də meymunçiçəyi xəstəliyinə qarşı effektiv qorunmanı təmin edir:

“Bu çiçək peyvəndləri eyni ailədən olan ortopoksvirusları hədəf aldığından, meymun çiçəyi virusuna qarşı immun reaksiyası da yarada bilər. Bu vaksinlər epidemiya riski olan ərazilərdə və ya virusa məruz qalma ehtimalı olan insanlarda qorunmanı təmin etmək üçün istifadə olunur. Peyvəndlər həm xəstəliyin yayılmasının qarşısını almaqda, həm də yoluxma halında xəstəliyin şiddətini azaltmaqda mühüm rol oynayır”.

Mütəxəssis-ekspert bildirib ki, ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib:

“Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə isə, vaksinlər istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır. Qeyd etmək lazımdır ki, Azərbaycan endemik ölkələr siyahısına daxil deyil”.

“Meymunçiçəyi xəstəliyi ümumiyyətlə yüngül gedişatlı xəstəlikdir”, - Zakir Quliyev əlavə edib.

Onun sözlərinə görə, xəstəliyin Qərbi Afrika ştamı ümumiyyətlə daha yüngül simptomlarla özünü göstərir: “İmmun sisteminin vəziyyətindən və xəstənin yaşından asılı olaraq bəzi hallarda ağırlaşmalar ola bilər. Xəstəliyin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin böyüməsi və dəri səpgiləri daxildir. Bundan əlavə, virus tənəffüs yollarını yoluxdurarsa, pnevmoniya tənəffüs problemlərinə səbəb ola bilər. Xəstəliyin erkən diaqnozu və müvafiq tibbi yardım bu riski xeyli azaldır”.

Z.Quliyev qeyd edib ki, immun sistemi zəif olan xəstələrdə, yanaşı xəstəliyi olan yaşlı insanlarda antiviral terapiya və dəstəkləyici müalicənin sürətlə başlaması vacibdir.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
29 oktyabr 2026, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər