top
Trampın qələbəsi dünyaya nə vəd edir?
06 noyabr 2024, 02:45
- ↺ +

Trampın qələbəsi dünyaya nə vəd edir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-də keçirilən prezident seçkilərində qalib gəlib. Səsvermə nəticələrinə görə, Tramp nümayəndələrin 277 səsini alaraq, Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilib. Bununla da ABŞ-də yeni dövr başlayır və Tramp növbəti dörd ildə dünyanın supergüc dövlətinə rəhbərlik edəcək. Görəsən, Trampın hakimiyyəti dövründə dünyada hansı dəyişiklikləri gözləmək olar? Çünki dünyanın bir sıra ölkələri və xalqlarının taleyi məhz ABŞ rəhbərinin verdiyi qərarlardan asılı olacaq.

Nəzərə almaq lazımdır ki, seçkilərdən əvvəl Tramp Rusiya-Amerika münasibətləri barədə ehtiyatla danışıb və dünyanın əsas qlobal oyunçuları olan Çin və RF ilə münasibətləri tənzimləmək istədiyini bildirib. Eyni zamanda o, Rusiya-Ukrayna müharibəsi ilə bağlı da sülh vəd edib. Ehtimal etmək olar ki, 47-ci prezident müharibəni dayandırmaq və sülh əldə etmək istiqamətində işləyəcək.  Eyni zamanda unutmaq lazım deyil ki, 2019-cu ildə Zelenski ilə bağlı qalmaqal Trampın impiçmenti ilə nəticələnə bilərdi. Bu səbəbdən Trampın Zelenskiyə qarşı hansı münasibət göstərəcəyini ehtimal etmək o qədər də çətin deyil. Sülh əldə olunsa, imzalanacaq müqavilənin Rusiyanın lehinə olacağını proqnozlaşdırmaq olar. Eyni zamanda Tramp Ukraynanın NATO alyansına üzvlük prosesini ləngidə bilər.

Ukrayna münaqişəsinin bitməsi ABŞ-nin Çinlə olan gizli münaqişəsi üçün əl-qolunu aça bilər ki, Tramp ilk prezidentliyi dövründə də Çindən idxal edilən mallara gömrük vergi rüsumunu 25 faiz artırmışdı. Bu qərarın əslində amerikalıların cibinə ziyan vurduğunu düşünsək, yeni prezidentin Çinlə olan xarici siyasətini yenidən gözdən keçirəcəyini düşünmək olar.

Azərbaycanla ABŞ münasibətlərinə gəlincə, nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsi 2020-ci ildə, məhz Trampın ABŞ prezidenti olduğu dövrdə başlayıb. Müharibənin ilk günlərindən Birləşmiş Ştatlardakı erməni lobbisi qaraçı kimi vay-şivən salsa da, ölkə başçısının susqunluğu nəzərdən yayınmamışdı. Ağ Ev Azərbaycanla bağlı sərt bəyanatlar səsləndirmirdi. Amma Baydenin prezidentlik dövrü Azərbaycan-ABŞ münasibətlərində müəyyən kəskinləşmələrlə yadda qalıb. Bayden administrasiyası müxtəlif bəhanələrlə rəsmi Bakını hədələyir, erməni lobbisinin axıtdığı pulları ciblərinə dolduran senatorlar isə tez-tez sanksiyalardan danışmağa başlamışdılar. Bu səbəbdən də Trampın hakimiyyət dövrünü Azərbaycan-ABŞ münasibətlərində normallaşma prosesinin başlamasına, aradakı buzların əriməsinə səbəb olacağını ehtimal etmək olar. Eyni zamanda rəsmi Vaşinqtonla Bakı arasında iqtisadi və siyasi sahədə müxtəlif layihələrin müzakirə edilib reallaşdırılacağını da proqnozlaşdırmaq olar. Bu, əsasən enerji daşıyıcıları və logistika ilə bağlı ola bilər.

Ermənistan-ABŞ münasibətlərinə gəldikdə isə ehtimal etmək olar ki, Bayden administrasiyası dövründə İrəvana səfəri su yoluna döndərən rəsmilərin gediş-gəlişi azalacaq və iki ölkə arasında passivlik nümayiş oluna bilər. Hər halda, ABŞ üçün Ermənistan Rusiyanı regiondan qovmaq, İranla sərhəddə kəşfiyyat materialları toplamaq üçün əla vasitə olduğu faktorunu da gözardı etmək olmaz. Bununla yanaşı, düşünmək olar ki, Vaşinqton İrəvanla münasibətlərinə Azərbaycanı qarışdırmayacaq, senator kürsülərindən hədsiz və mənasız çıxışlar azalacaq.

ABŞ-İran münasibətlərinə gəldikdə, ehtimal etmək olar ki, Tehranla bağlı müəyyən sərt mövqe qorunacaqsa belə, Tramp bu xarici siyasət vektoruna da “əl gəzdirəcək”. Əgər Donald dediyi kimi, Yaxın Şərqdə sülhün bərqərar olmasını hədəfləyirsə, o zaman danışıqlar yolu ilə gedəcəyini, İrana qarşı müəyyən yumşalmaların olacağını proqnozlaşdırmaq olar.

Nəzərə almaq lazımdır ki, Tramp ilk prezidentliyi dövründə Şimali Koreya ilə də münasibətləri normallaşdırma yolunu tutmuşdu. Amma Bayden administrasiyası Pxenyanla münasibətləri korlayıb. Bu səbəbdən də 47-ci prezidentin Şimali Koreya siyasətini yenidən nəzərdən keçirəcəyini proqnozlaşdırmaq olar.

Ümumiyyətlə, düşünmək olar ki, növbəti dörd ildə dünyada yeni münaqişə ocağı və müharibə olmayacaq. Çünki Donald Trampın ilk hakimiyyəti dövründə ABŞ heç bir müharibəyə başlamadı və baş verən savaşlara qoşulmayıb. Bu səbəbdən də növbəti dörd ili dünyanı biznes və iqtisadiyyatın inkişafı gözləyə bilər.

Son xəbərlər

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
31 oktyabr 2026, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər