top
Uşağım qoç bürcü olsun! - Dəbə çevrilən qeysəriyyənin TƏHLÜKƏLƏRİ
24 noyabr 2024, 02:00
- ↺ +

"Uşağım qoç bürcü olsun!" - Dəbə çevrilən qeysəriyyənin TƏHLÜKƏLƏRİ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda qeysəriyyə kəsiyi ilə doğuşa üstünlük verənlərin sayı artır. Bəzən ailələr şəxsi səbəblər, məsələn, xüsusi rəqəmlərə uyğun doğum tarixi və ya övladın bürcünü nəzərə alaraq bu üsula müraciət edir. Səhiyyə Nazirliyinin təsdiq etdiyi protokollara görə, yalnız tibbi göstəriş əsasında əməliyyat aparıla bilər.

Səhiyyə Nazirliyinin təsdiq etdiyi "Qeysəriyyə kəsiyi əməliyyatına dair" klinik protokolda ananın istəyi ilə əməliyyatın icrası nəzərdə tutulmur. Bu barədə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, tibb üzrə fəlsəfə doktoru, dosent Aynurə Əmirova məlumat verib:


Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunan “Qeysəriyyə kəsiyi əməliyyatına dair” kliniki protokolda göstərişlər arasında ananın istəyi ilə əməliyyatın icra olunması yoxdur:


“Qeysəriyyə kəsiyi yalnız tibbi göstərişlər əsasında olmalıdır. Planlı qeysəriyyə əməliyyatının icrası həmin kliniki protokola əsasən tək döllü hamiləlik zamanı hamiləliyin 39-cu həftəsində, əkiz döllü hamiləlikdə isə 38-ci həftədə icra olunması məsləhət görülür. Bu, dölün ciyərlərinin hazır olması ilə bağlı seçilir. Əgər əməliyyat daha erkən həftələrdə icra olunursa yenidoğulmuşda ağciyərlərin tam yetişməməsi, distress sindromun inkişaf etməsi müşahidə oluna bilər”.

A.Əmirova bildirib ki, çox zaman da əgər planlı qeysəriyyə əməliyyatı 39-cu həftədən tez icra olunursa yenidoğulmuşların tranzitor taxitnoyası diaqnozu ilə ya intensiv terapiya palatasına, ya da yenidoğulmuşların reanimasiyası şöbəsinə yerləşdirilə bilər:

“Belə fəsadların yaranmaması üçün tövsiyə olunur ki, 39-cu həftədə sırf qeysəriyyə əməliyyatı planlı olan halda icra olunsun. Təbii ki, əgər təcili hallar varsa 39-cu həftə gözlənilmir və hər zaman lazımi müdaxilənin vaxtında icra olunması öncəlikdir”.

Bürcə, xüsusi rəqəmlərə görə uşaq dünyaya gətirənlərlə bağlı saytımıza danışan sosioloq Mail Yaqub isə bildirib ki, cəmiyyətdə belə çatışmazlıqlar var:

“İnsan həyatının əsas məsələlərini bir kənara qoyaraq təfərrüata, haşiyəyə gedir. Bəzən insanlar həyatında əsas şeylərlə xoşbəxt ola bilmir. Bu zaman da özünü xoşbəxt etmək üçün bu cür cılız şeylərə sığınır. İnsan həyatında işi ilə, dostları ilə, ailəsi ilə, ona verilən dəyər ilə, qazandığı uğurlar ilə xoşbəxt olmalıdır. Belə insanlar sanki bunların heç birini qazana bilmədiyi üçün belə düşünür ki, bu onu xoşbəxt edə biləcək. Bu boğulan insanın saman çöpünə yapışıb qalması kimi belə absurd, mənasız şeylərə yapışıb qalırlar”.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər