top
Uşağına görə ərini öldürən qadının cinayəti ilə bağlı qandonduran TƏFƏRRÜAT
19 noyabr 2024, 01:25
- +

Uşağına görə ərini öldürən qadının cinayəti ilə bağlı qandonduran TƏFƏRRÜAT

Sumqayıt şəhərinin Corat qəsəbəsində ərini öldürməkdə ittiham olunan Əfsanə Məmmədovanın məhkəməsi yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, hələ ilkin istintaqın sonunda Əfsanənin ittihamı yüngülləşdirilib.

Buna səbəb isə ekspert rəyləri ilə təqsirləndirilən şəxsin əməlinin güclü ruhi həyəcan-fizioloji affekt vəziyyətində törətməsinin sübuta yetirilməsi olub. İstintaq orqanının qərarı ilə Əfsanəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə verilmiş ittiham eyni məcəllənin 122.1-ci (qəfil baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

İttihamın dəyişməsi ilə bağlı Əfsanənin işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Əfsanəni ərini öldürməyə nə vadar edib? Qandonduran təfərrüat…

İş materiallarından görünür ki, Əfsanənin əri Ağahüseyn İmanovu öldürməsinin səbəbi övladı ilə bağlı olub. O, kişinin ikinci həyat yoldaşıdır. Ərinin əvvəlki evlilikdən iki övladı var. Əfsanə Ağahüseynə qoşulub qaçıb, molla kəbini ilə ailə qurublar.

Evlilikdən 6 ay sonra Əfsanə hamilə qalıb. Elə münasibətlər də bundan sonra korlanıb. Əfsanə övladını dünyaya gətirmək istəsə də, əri bunun əleyhinə olub. O, dəfələrlə arvadından abort etdirməsini tələb edib. Bununla bağlı tez-tez mübahisə ediblər.

Mərhum əvvəl arvadını evdən qovmaq istəyib, əks halda uşağını məhv etməsini tələb edib. Əfsanə qarşısında diz çökərək hamilə olduğuna görə ona evdən qovmaması üçün yalvarıb. Bu vaxt əri külqabı ilə onun başına vuraraq yüngül xəsarət yetirib.

Bundan sonra cütlük arasındakı münasibətlər daha da kəskinləşib, Ağahüseyn hamiləliyini sonlandıracağı hədəsi ilə bıçaq götürərək arvadının üstünə gəlib.

Əfsanə ifadəsində deyir ki, özünü və bətnindəki körpəsini müdafiə etməsi üçün üstünə hücum çəkən ərinin əlini cırmaqlayıb, bıçağı ondan alıb. Geri çəkilsin deyə bir dəfə bıçaqla onun ayağından vurub. Amma Ağahüseyn tabe olmayıb, qadının hamiləliyini sonlandıracağı ilə bağlı qəti fikirdə olub. Həmin an keçirdiyi stressin təsirindən və situasiyanı adekvat qavramadığından əlindəki bıçaqla ərinin müxtəlif nahiyələrinə 14 dəfə zərbə vurub: “Mən ona dedim… Dəfələrlə dedim ki, bu sənin də övladındır. Sən atasısan, yad deyilsən. Polisə şikayət edəcəyimlə hədələdim, yenə qorxmadı”.

“Uşaq sağ qalıb?” – son nəfəsində sualı bu olub…

Əfsanin dediyinə görə, baldızı onlarla eyni həyətdə yaşayıb. Amma hadisədən sonra onu çağırmayıb. Qorxub ki, qardaşını bu vəziyyətdə görüb ona nə isə edər. Əri isə qan içində yerdə uzanarkən son nəfəsində ondan “uşaq sağ qalıb?” deyə soruşub. Nəyə görə bu sualı verdiyini bilməyərək əvvəl başı ilə təsdiq edib, amma bir-iki dəqiqə sonra uşağı da itirdiyini deyib.

Özünü də öldürmək istəyib…

Ərinin öldüyünə əmin olduqdan sonra Əfsanə intihara cəhd edib. Evdə olan siçan dərmanını içib. Bir az sonra bətnində övlad daşıdığı üçün intihar etmənin düzgün olmadığını düşünərək çoxlu su içməklə dərmanı qaytarıb. Son olaraq atasına zəng edib, ərini öldürdüyünü bildirib. Atası da polisə məlumat verib.

Əfsanə son sözündə məhkəmədən azyaşlı övladına görə yüngül cəza verilməsini xahiş edib.

Amma qətlə yetirilən Ağahüseynin ailəsi deyilənlərlə razı deyil. Hüquqi varis və digər yaxınlar hesab edir ki, Əfsanə ərini qısqanclıq zəminində qəsdən öldürüb. Onlar ittihamın dəyişməsinin əleyhinə olduqlarını, Əfsanənin 120.1-ci (9 ildən 14 ilə kimi) maddə ilə təqsirli bilinməsini istəyiblər.

Sonuncu iclasda hökm oxunub.

Hakim Rəşad Mustafayev istintaq orqanının elan etdiyi sonuncu ittihamı əsaslı hesab edib. Təqsirləndirilən şəxsin həqiqətən də hadisəni affekt vəziyyətində törətdiyini bəyan edib. Hökmə əsasən, Əfsanə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəza müddətinin əvvəli 2023-cü ilin avqustun 11-dən hesablanır.

Bununla da Əfsanənin 1 il 3 ay çəkilməmiş cəzası qalıb.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 12:22

Sabah 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Bu gün, 12:06

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Bütün Xəbərlər
Bu gün, 11:56

Nigar Budaqlını yataq xəstəsi edən həkimlərə HÖKM OXUNDU

Bütün Xəbərlər
Bu gün, 11:10

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb

Bütün Xəbərlər
Bu gün, 09:45

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
Bu gün, 09:28

Sadır Japarov Azərbaycan–Qırğızıstan dostluğunu Nizami Gəncəvinin sözləri ilə ifadə etdi

Bütün Xəbərlər
Bu gün, 09:24

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

Bütün Xəbərlər
Bu gün, 09:16

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
Bu gün, 09:02

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

Bütün Xəbərlər
Bu gün, 08:47

Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

Bütün Xəbərlər
Dünən, 17:18

Sura Mirac Abbassoyun Azərbaycan güləş yığmasında çıxış etməsinə nə mane olur? - ARAŞDIRMA

Bütün Xəbərlər
Dünən, 17:12

Əri süpürgəçi qadını 8 Martda ona verilən güllərə görə öldürübmüş...

Bütün Xəbərlər
Dünən, 16:56

AZAL Qarsa ilk reysini həyata keçirib - FOTO

Bütün Xəbərlər
Dünən, 16:52

Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: "Xalasının evində olub, amma ..." - TƏFƏRRÜAT

Bütün Xəbərlər
Dünən, 16:43

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

Bütün Xəbərlər
Dünən, 16:42

Tiktoker Müjgan həbs edildi

Bütün Xəbərlər
Dünən, 16:25

Azərbaycanlı dənizçilərin olduğu gəmi bu gün səhər Odessa sahillərində PUA hücumuna məruz qalıb

Bütün Xəbərlər
Dünən, 15:14

Yeni marketinq trendi - telefonla çəkilmiş təsadüfi fotolar

Bütün Xəbərlər
Dünən, 13:09

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Bütün Xəbərlər
Dünən, 11:50

"Kuboku kəndimizə gətirən uşaqlar idi" - Qəzada ölən futbolçuların məşqçisi DANIŞDI

Bütün Xəbərlər
Dünən, 11:41

Məleykə Abbaszadə: "Boş qalan yerlərə yenidən müsabiqə keçiriləcək"

Bütün Xəbərlər
Dünən, 11:13

Prezident İlham Əliyev Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib

Bütün Xəbərlər
Dünən, 09:55

Bakıda iki futbolçu qəzada faciəli şəkildə öldü

Bütün Xəbərlər
Dünən, 09:29

UEFA Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Oxşar xəbərlər