top
Vəzifədən uzaqlaşdırılan məmurlar nə ilə məşğul olurlar? - FAKTLAR
29 yanvar 2025, 06:37
- ↺ +

Vəzifədən uzaqlaşdırılan məmurlar nə ilə məşğul olurlar? - FAKTLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Uzun müddət yüksək dövlət vəzifələrində çalışmış şəxslər siyasi həyatdan kənara çəkilsələr də, onların fəaliyyəti, hansı işlə məşğul olduğu hələ də Azərbaycan ictimaiyyətinin və medianın maraq dairəsindədir. Bu səbəbdən onlarla bağlı xəbərlər hər zaman maraqla qarşılanır, yayılan informasiyalar yaxından izlənilir.

Keçmiş məmurların bəzilərinin fəaliyyəti aşkardır, geniş ictimaiyyətin bununla bağlı məlumatı olur. Amma əksər köhnə məmurlar fəaliyyətlərini, məşğuliyyətlərini gizli saxlamağa çalışırlar.

Maraqlıdır ki, köhnə məmurlar indi haradadırlar, nə işlə məşğuldurlar?

Sfera.az keçmiş məmurların bəzilərinin fəaliyyəti ilə bağlı araşdırmanı təqdim edir.

[gallery link="file" columns="1" size="full" ids="215938"]

İyirmi altı il müxtəlif nazirliklərə rəhbərlik edən Əbülfəz Qarayev son məlumata görə Azərbaycan Turizm və Menecement Universitetində dosent kimi fəaliyyət göstərir.

Ə.Qarayev 1994-2020-ci illərdə Gənclər və İdman naziri, Gənclər, İdman və Turizm naziri, Mədəniyyət və Turizm naziri, eləcə də Mədəniyyət naziri vəzifələrində çalışıb. 21 may 2020-ci ildə o, nazir vəzifəsindən azad olunub və fəaliyyətini təhsil sahəsində davam etdirir. Xatırladaq ki, Qarayev əvvəllər də təhsil sahəsində çalışıb. O, 1978-ci ildə Saatlı rayonunda orta məktəbdə ingilis dili müəllimi işləyib.

Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkovun hazırda xüsusi fəaliyyətinin olmadığı bildirilir.

N.Sadıkov 2 noyabr 1993-cü ildə nazirliyin Baş Qərargah rəisi vəzifəsinə təyin edilib və 2021-ci ilin yanvarın 28-də tutduğu vəzifədən azad edilib. Keçmiş qərargah rəisi sonuncu dəfə Binə Atçılıq Mərkəzində “Mahir Muradov Kuboku” uğrunda keçirilən konkurs yarışlarını izləyərkən görüntülənib. O, bu tədbirə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və keçmiş maliyyə naziri Samir Şərifovla birgə qatılıb. Bəzi məlumatlara görə, N.Sadıkovun səhhətində ciddi problemlər yaranıb və Moskvada ürəyindən əməliyyat olunub.

[gallery link="file" columns="1" size="full" ids="215936"]

Səhiyyə naziri olmuş Oqtay Şirəliyevlə də bağlı xəbərlər kifayət qədər deyil. O.Şirəliyev 2005-2021-ci illərdə Səhiyyə naziri vəzifəsində çalışıb.

Nazir vəzifəsindən kənarlaşdırılandan sonra o, Respublika Diaqnostika Mərkəzində professor, tibb elmləri doktoru kimi öz fəaliyyətini davam etdirib. Oqtay Şirəliyev Respublika Diaqnostika Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunub. Rəsmi olmayan məlumatlara əsasən, O.Şirəliyevin də səhhətində ciddi problemlər var. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi iddia olunur. Hazırda 75 yaşı olan eks-nazirin səhhəti ilə əlaqədar heç bir işlə məşğul olmadığı bildirilir.

Ən çox yaddaşlarda qalan köhnə məmurlardan biri Hacıbala Abutalıbovdur. Abutalıbov 1995-ci ildən 2019-cu ilə qədər yerli və mərkəzi icra hakimiyyətlərində rəhbər vəzifələr tutub.

Onun son iş yeri Baş nazirin müavini vəzifəsi olub. H.Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən tanınıb. O, 17 il paytaxta rəhbərlik edib. 2019-cu ilin oktyabrın 21-də vəzifədən azad olunandan sonra Abutalıbov Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA)  işləyib. Hazırda 81 yaşı olan keçmiş icra başçısının təqaüddə olduğu bildirilir. O, soyuq aylarda Bakıda, isti aylarda isə vaxtını Qaxdakı bağ evində keçirməyi sevir.

[gallery link="file" columns="1" size="full" ids="215935"]

2000-ci ildən 2001-ci ilə qədər Ticarət naziri, sonra isə Ekologiya və Təbii Sərvətlər naziri olan Hüseynqulu Bağırov da vəzifəsini tərk etdikdən sonra fəaliyyətini təhsil sahəsi ilə bağlayıb.

H.Bağırov 1992-ci ildə təsis etdiyi Qərbi Kaspi Universitetinə rəhbərlik edir. O, indi bu universitetin Qəyyumlar Şurasının sədri vəzifəsində çalışır.

[gallery link="file" columns="1" size="full" ids="215934"]

Azərbaycanda uzun müddət dövlətin sosial müdafiə sahəsinə rəhbərlik etmiş Səlim Müslümov heç bir işlə məşğul olmur.

2002-2018-ci illərdə əvvəlcə Dövlət Sosial Müdafiə Fondunun sədri, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışan Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilib. Keçmiş nazir dövlət büdcəsinə vurduğu ziyanın əvəzinə 30 milyon manata yaxın vəsait ödəyib və hazırda şərti məhkumluq həyatını yaşayır.

[gallery link="file" columns="1" size="full" ids="215933"]

Maraqlı dövlət xadimlərindən olan keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarov sərbəst fəaliyyətlə məşğuldur. 2004-2020-ci ildə nazir vəzifəsində işləyən E.Məmmədyarov vəzifəsindən kənarlaşdırılandan sonra bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərib.

Eks-nazir AFFA İcraiyyə Komitəsində Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi adından təmsil olunub. Məlumatlara əsasən, Məmmədyarov boş vaxtlarında diplomatik fəaliyyəti ilə bağlı kitab yazır. Bundan başqa o, mediada keçmiş diplomat kimi regionumuzda və dünyada baş verən siyasi hadisələrlə bağlı şərhlərlə də çıxış edir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Bu gün, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Bu gün, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Bu gün, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Bu gün, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Bu gün, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Bu gün, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər