Naməlum şəxs Kür çayını çirkləndirib.
Gencexeber.az məlumat verir ki, Mingəçevirdə naməlum şəxs sahildə yerləşən villanın ərazisindən zibilləri Kürə atıb.
Hadisə çayın qarşı tərəfində yerləşən hotelin birində qonaqlayan şəxslər tərəfindən lentə alınıb. Kadrlarda kişi iri kisədən tullantıları çaya tökür, həmçinin əlinə keçənləri də suya atır.