TƏBİB Novxanıda baş vermiş partlayış zamanı xəsarət almış Vüqar Həşimovun valideynləri ilə bağlı açıqlama verib.
İnsanoid.com xəbər verir ki, Novxanı bağları massivindəki partlayışla əlaqədar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına xəsarət alan 2 nəfər (1 qadın cinsli, 1 kişi cinsli) hospitalizasiya olunub.
1949-cu il təvəllüdlü (kişi cinsli) şəxsə müxtəlif nahiyələrin I, II dərəcəli termiki yanığı diaqnozu, 1959-cu il (qadın cinsli) təvəllüdlü şəxsə əzilmiş, cırılmış yaralar diaqnozları təyin edilib.
1949-cu il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.
Hazırda digər şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.