top
WUF13 Radiospektrin İdarə Edilməsi Portalı istifadəyə verilib
03 mart 2026, 04:31
- +

WUF13 Radiospektrin İdarə Edilməsi Portalı istifadəyə verilib

Mayın 17–22-də Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində tədbirin texniki hazırlıq işləri çərçivəsində WUF13 Radiospektrin İdarə Edilməsi Portalı istifadəyə verilib.

Report.az xəbər verir ki, yeni yaradılmış portal tədbir zamanı simsiz cihazların təhlükəsiz, fasiləsiz və koordinasiyalı şəkildə istifadəsini təmin etmək məqsədi daşıyır.

Bu portal vasitəsilə akkreditə olunmuş iştirakçılar istifadə etməyi planlaşdırdıqları simsiz cihazları əvvəlcədən qeydiyyatdan keçirə və həmin cihazlar üçün müvafiq radiospektrin ayrılması ilə bağlı müraciətlərini elektron qaydada təqdim edə bilərlər.

WUF13 çərçivəsində simsiz cihazlardan istifadə etmək istəyən bütün iştirakçılar ilk növbədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəsmi qeydiyyat sistemi olan GEMS portalı vasitəsilə akkreditasiyadan keçməlidirlər. Akkreditasiya təsdiqləndikdən sonra iştirakçılar Radiospektrin İdarə Edilməsi Portalında şəxsi istifadəçi hesabı yaradaraq hər bir cihaz üzrə tələb olunan texniki məlumatları təqdim etməli və radiospektrin müvəqqəti ayrılması üçün müraciət göndərməlidir.

Müraciətlərə baxıldıqdan sonra təsdiq edilmiş cihazlar üzrə iştirakçılara elektron poçt vasitəsilə müvafiq radiotezliklər barədə məlumat təqdim olunur və həmin cihazlara aid QR kod portal üzərindən aktivləşdirilir.

Tədbir məkanında bütün təsdiqlənmiş cihazlar texniki yoxlama və etiketlənmə prosedurundan keçməlidir. Yalnız bu mərhələdən uğurla keçmiş və müvafiq qaydada etiketlənmiş simsiz cihazların istifadə olunmasına icazə veriləcək.

Simsiz cihazların qeydiyyatı və radiospektr üzrə müraciətlərin təqdim edilməsi üçün son tarix 30 aprel 2026-cı ildir.

WUF13 Radiospektrin İdarə Edilməsi Portalı ilə bağlı əlavə suallar və texniki dəstək üçün iştirakçılar [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 17:33

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya olunub

Bütün Xəbərlər
Dünən, 17:15

Dələduzluqda ittiham olunan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

Bütün Xəbərlər
Dünən, 16:58

Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bütün Xəbərlər
Dünən, 15:17

"Neftçi" və "Qarabağ"ın avrokubok oyunu ilə əlaqədar metronun iş rejimi dəyişdiriləcək

Bütün Xəbərlər
Dünən, 14:39

Dövlət məktəblərində müəllimlərin geyim tələblərinə riayət olunması hüquqi müstəvidə təsbit edilib

Bütün Xəbərlər
Dünən, 14:31

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 13:57

Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ

Bütün Xəbərlər
Dünən, 12:43

"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb

Bütün Xəbərlər
Dünən, 12:40

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 11:45

Hikmət Hacıyev: "Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək" - VİDEO

Bütün Xəbərlər
Dünən, 10:59

Görünməyən imzalar

Bütün Xəbərlər
Dünən, 10:46

Arzumun apellyasiya şikayəti üzrə məhkəmə başlayır

Bütün Xəbərlər
Dünən, 09:33

Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

Bütün Xəbərlər
Dünən, 09:19

Sabiq naziri evində çəkiclə qətlə yetiriblər - TƏFƏRRÜAT

Bütün Xəbərlər
21 iyul 2026, 19:30

Tənqid nə vaxt qəddarlığa çevrilir?

Bütün Xəbərlər
21 iyul 2026, 17:51

Beyninə 5 çip yerləşdirilən iflic şəxs yenidən hiss etməyə və hərəkət etməyə başlayıb

Bütün Xəbərlər
21 iyul 2026, 16:32

FİFA Leandro Paredesin 2026-cı il Dünya Kubokunun finalında dava etdiyinə görə aldığı qırmızı vərəqəni ləğv etdi

Bütün Xəbərlər
21 iyul 2026, 16:06

Prezident: "Azərbaycan-Almaniya əlaqələri bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə töhfəsini verəcək"

Bütün Xəbərlər
21 iyul 2026, 16:01

Berlində Azərbaycan-Almaniya sənədləri imzalanıb

Bütün Xəbərlər
21 iyul 2026, 15:44

Suriyadan repatriasiya olunmuş 16 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib

Bütün Xəbərlər
21 iyul 2026, 15:04

Kəlbəcərdə 39 yaşlı şəxs sursat partlayışı nəticəsində xəsarət alıb

Bütün Xəbərlər
21 iyul 2026, 14:42

İlham Əliyevlə Fridrix Merts arasında təkbətək görüş keçirilir

Bütün Xəbərlər
21 iyul 2026, 13:03

Xarxar nekropolunda 500-ə yaxın qəbir abidəsi aşkarlanıb

Bütün Xəbərlər
21 iyul 2026, 13:00

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü olub

Oxşar xəbərlər