“Xaş-xaş-2021” adlı əməliyyat-axtarış tədbirlər nəticəsində Qaxın Fıstıqlı kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkar edilib. Bu barədə DİN 9 avqust tarixində məlumat verib.
Ümumi çəkisi 1 ton 700 kiloqram olan 5431 ədəd narkotik tərkibli çətənə bitkiləri yandırılaraq məhv edilib.
Bundan əvvəl, avqustun 7-də “Xaş-xaş-2021” əməliyyatı nəticəsində Gədəbəyin Başkənt kəndində 2 296 kiloqram olan, 5 794 ədəd çətənə kolu aşkarlanıb.