top
Xəyanət edən ərinin başına sürahini çırpıb, BIÇAQLADI
07 fevral 2025, 03:53
- ↺ +

Xəyanət edən ərinin başına sürahini çırpıb, BIÇAQLADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bərdədə arvad ərini xəyanətə görə bıçaqlayıb.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Vəfa Səfərova (ad şərtidir) 1991-ci ildə Bərdə rayonunda anadan olub. O, əri Tərlan Səfərovla (ad şərtidir) birlikdə Bərdə şəhəri, Təzə Məhəllələr adlanan ərazidə kirayə mənzildə yaşayıb. Bir gün Vəfa həyat yoldaşının telefonunda başqa qadınlarla danışdığını, üstəlik söhbət zamanı onun ləyaqətini alçaldacaq sözlər işlətdiyinin şahidi olub. Bundan hiddətlənib Tərlanı yuxudan oyadıb, etdiyi xoşagəlməz hərəkətlərə görə izah tələb edərkən aralarında mübahisə yaranıb. Yaranmış mübahisə zamanı əri Vəfaya qarşı nalayiq sözlər işlədərək, sillə vurub. Buna görə qadın şüşə sürahi ilə qəsdən yoldaşının başına vurub. Daha sonra bıçaqla boyun, kürək və döş qəfəsinə 3 dəfə zərbə endirib.

Nəticədə Vəfa Səfərova Azərbaycan Respublikası CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Vəfa Səfərova ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib:

“Hadisədən iki gün əvvəl Tərlanın “TikTok”da “Canavar Qız” adlı istifadəçiyə sevgi məzmunlu video göndərdiyini gördüm. Kimliyini soruşanda əmisi qızı olduğunu desə də, xəyanət etdiyini anladım. Bir neçə dəqiqə sonra aramızda bu məsələ barədə mübahisə yarandı. Bu zaman Tərlan qəndqabını başıma atdı, amma mənə dəymədi. Səhəri gün “Canavar Qız” adlı istifadəçiyə öz telefonumla yazdım. Tərlanı tanımadığını deyib, məni qara siyahıya atdı.

Bir gün sonra böyük oğlumun mobil telefonu ilə həmin qızın “TikTok” profilinə baxdım. Canlı yayım açdığını görüb, daxil oldum. Ailəmi dağıtmamasını, ərimdən uzaq durmasını dedim”.

Qadın ifadəsində göstərib ki, ərinin telefonunda “Canavar Qız”a onun haqqında nalayiq sözlər yazdığını görüb:

“Yazışmalarda həmin qadın ərimə mənim onu narahat etdiyimi və qarşısını almasa, polisə şikayət edəcəyini bildirib. Ardınca mobil telefonun videolar olan bölməsinə daxil olduqda Tərlanla “Canavar Qız”ın əxlaqsız görüntülərini tapdım. Elədiklərinin izahını soruşanda mübahisəmiz yarandı. Mənə qarşı söyüşlü sözlər işlətdiyi üçün sürahini onun başına vurub, bıçaqladım.

Tərlan mənə dəfələrlə xəyanət edib. Amma ailəm dağılmaması üçün bağışlamışam. İndi də əməlimdən peşmanam”.

Daha sonra zərərçəkmiş Tərlan Səfərov qarşı tərəf arvadı olduğu üçün ifadə verməkdən imtina edib. Onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilib:

“2019-cu ildə Vəfa ilə ailə həyatı qurduq. Bir müddət sonra münasibətimiz pozulmağa başladı və təxminən 1 il sonra rəsmi qaydada boşandıq. Vəfa məni sevdiyi üçün boşanandan sonra ayrı qala bilmədi və yenidən barışmağa cəhd göstərdi. Onun təkidi ilə 2021-ci ildə yenidən rəsmi nikaha daxil olduq. İkinci dəfə nikahdan sonra da münasibətimiz normal olmadı. Arvadımın dır-dır etməsindən və giley-güzarından bezmişdim. Hadisə günü yatmışdım, Vəfa gəlib məni oyatdı. Həmin vaxt “niyə mənə xəyanət etmisən? Məni niyə o pozğuna satdın?” deyə qışqırmağa başladı. Yuxudan ayıldığım üçün əsəbiləşib onu təhqir etdim və sifətinə sillə vurdum. Bu zaman Vəfa sürahini başıma vurub, ardınca məni bıçaqladı”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Vəfa Səfərova 3 il müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Cəmiyyət
Bu gün, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Bu gün, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Bu gün, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Bu gün, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Bu gün, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Bu gün, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Bu gün, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Bu gün, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Bu gün, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Bu gün, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Bu gün, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
Dünən, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
Dünən, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
Dünən, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
Dünən, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
Dünən, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
Dünən, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
Dünən, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
Dünən, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
Dünən, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
Dünən, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
Dünən, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
Dünən, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Oxşar xəbərlər