top
Xəzər İsayev: “Ağlaya-ağlaya dedi ki, tez gəlib, meyiti buradan çıxarın” - MÜSAHİBƏ
20 yanvar 2025, 04:28
- ↺ +

Xəzər İsayev: “Ağlaya-ağlaya dedi ki, tez gəlib, meyiti buradan çıxarın” - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

20 Yanvar şəhidi, güləşçi Müşfiq İsayevin qardaşı Xəzər İsayevin İdman.biz-ə müsahibəsi:

- Qardaşınızı necə xatırlayırınız?

- İdmançılar bir sıra xüsusiyyətlərinə görə digərlərindən fərqlənirlər. Müşfiqin də xarakterində idmançıya xas xüsusiyyətlər vardı. Xaraktercə çılğın idi, hər yerdə sözünü deməyi bacarırdı. Çox mərd adam idi. Yadımdadır, hələ o vaxt Əfqanıstanda vuruşmaq üçün ərizə vermişdi. Elə oldu ki, ora gedə bilmədi, əsgərliyini başqa yerdə çəkdi. Burada doxsanıncı illər hadisələri başlayanda o, Rusiyanın Vladimir şəhərində təhsil alırdı. Məlum hadisələri eşidən kimi dedi ki, Azərbaycana qayıdıb, vətən uğrunda əlimdən gələni etmək istəyirəm. Qayıtdı da. Vətənpərvər adam idi.

- Çox güman, qardaşınızın da idman sevgisi ailənizdən gəlirdi.

- Bəli. Biz idmançı ailəsində böyümüşük. Atamız güləşçi olub. Dörd qardaş hamımız güləşlə məşğul olmuşuq. Güləş sevgisi bizə atamızdan keçib. Əvvəlcə nəticə verən böyük qardaşım oldu. Sonradan mən peşəkar idmanda davam etdim. Müşfiq güləş üzrə idman ustalığına qədər qalxmışdı. Müəyyən mərhələyə qədər irəllədi, sonra isə təhsili ilə əlaqədar Vladimir şəhərinə yollandı. Əgər burada davam etsəydi, o da mənim qədər məşhur idmançı ola bilərdi. Sadəcə oxuduğu dövrdə oranın şərtləri ilə güləşlə davam etməyi çatdıra bilmirdi. Sonradan oxuya-oxuya boksla məşğul olmağa başladı.

- Son bir neçə il istisna olmaqla ölkəmizdə davamlı şəkildə Müşfiq İsayevin xatirə turniri keçirilirdi. Sözügedən turnir yenidən təşkil oluna bilərmi?

- Bəli. 23 il ardıcıl olaraq Müşfiqin xatirəsinə həsr olunan sərbəst güləş üzrə turnir keçirdik. Pandemiya dövründə qapalı məkanlarda tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulduğu üçün həmin il turnir baş tutmadı. Daha sonra isə müəyyən problemlərdən dolayı ənənəni davam etdirə bilmədik.

- Bu istiqamətdə hansısa təşəbbüslə çıxış etmisinizmi?

- Yenidən məsələni qaldırmaq istəyirəm. 23 il az müddət deyil, Azərbaycan pəhləvanlarının əksəriyyəti sözügedən turnirdə güləşərək yığma komandaya düşürdülər. Bu il artıq gecdir, ancaq mümkün olarsa, gələn il turniri yenidən keçirə bilərik. Məsələ ilə bağlı artıq Güləş Federasiyasına da müraciət etmişəm.

- Xəzər bəy, o dəhşətli gecəni necə xatırlayırsınız? Qardaşınızın şəhid olma xəbərini kimdən öyrənmişdiniz?

- Mən həmin vaxt Ağdaşda idim. Təxminən, saat birə iyirmi dəqiqə işləyirdi. Bakıdan telefon zəngi gəldi. Zəng Bakıdakı ATS-dən idi. Bir qız ağlaya-ağlaya deyirdi ki, Bakıda qırğındır. Birdən əlaqə kəsildi. Üç-beş dəqiqədən sonra yenidən zəng gəldi. Soruşdular ki, Xəzər İsayevgilin evidir? Dedim bəli, danışan özüdür. Telefonun o biri başından gələn səs ağlaya-ağlaya dedi ki, burada qırğındır, kimini dənizə atırlar, kiminin də üstünə torpaq tökürlər. Sizin də qardaşınız rəhmətə gedib. Bacardıqca tez gəlib, meyiti buradan çıxarın. Xəbəri eşidəndə telefon əlimdən düşdü. Gecə ilə yola çıxdım. Ancaq Sulutəpəyə çatanda şəhərə girişə icazə vermədilər. Daha sonra qayınatam və digər ağsaqqallarla birlikdə qatarla gəldik çıxdıq Bakıya. Müşfiqin xarakterində xeyli müsbət məqam sadalamaq olar. Hər yerdə nümunə olmaq istəyirdi. Ona “Xəzərin qardaşı” deyiləndə qəbul etmirdi. Deyirdi ki, mən öz adımla tanınmaq istəyirəm. Elə də oldu. Oğluma onun adını qoymuşam. Baxmayaraq ki, bu gün mən dünyaşöhrətli idmançı olub, müvafiq vəzifələrdə çalışsam da, özümlə daha çox Müşfiqin qardaşı kimi fəxr edirəm.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
29 oktyabr 2026, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər