top
Xızıda ər kağıza görə arvadını 32 DƏFƏ BIÇAQLADI
21 dekabr 2024, 04:50
- ↺ +

Xızıda ər kağıza görə arvadını 32 DƏFƏ BIÇAQLADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xızıda ər qapıdan kağız ötürdüyü üçün arvadını öldürüb.

Shimal.News xəbər verir ki, hadisənin istintaqı Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, 1974-cü ildə Xızıda doğulan Laçın Əfəndiyev (ad şərtidir) 2017-ci ildə Sevinc Əfəndiyeva (ad şərtidir) ilə ailə həyatı qurub. Laçın son iki il ərzində Sevincin başqa kişilərlə ona xəyanət etməsindən şübhələnib. Buna görə aprelin 28-i evdə gün ərzində mübahisə zamanı Sevincin aqressiv cavab verməsindən ona xəyanət etməsi qənaətinə gəlib. Beləliklə, Sevinci öldürmək qərarı alıb. Mətbəxdən götürdüyü bıçaqla Sevincə yaxınlaşaraq xüsusi amansızlıqla bıçaqlamağa başlayıb. Nəticədə Sevinci 32 dəfə bıçaqlayaraq həyatdan məhrum edib.

Laçın Əfəndiyev Azərbaycan Respublikası CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla öldürmə) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Laçın Əfəndiyev ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilib:

“Sevinclə evliliyimizdən 2021-ci ildə qızımız dünyaya gəldi. Onunla son zamanlar münasibətimiz pozulmuşdu. Onun mənə xəyanət etməsindən şübhələndiyim üçün aramızda tez-tez mübahisələr olurdu. Hadisə günü Sevincin qapıdan kiməsə kağız ötürdüyünü gördüm. Onun kim olduğunu soruşsam da, cavab vermədi. Çölə çıxıb kim olduğunu axtardım, tapmadım. Evə qayıdıb Sevinclə mübahisə etməyə başladım. Sevincin telefonunu yoxlatdırmaq üçün əlindən alıb evdən çıxdım. Evin pəncərəsinə baxanda Sevincin məni güddüyünü gördüm. Yenidən evə qayıtdım. Sevinc mənə qarşı nalayiq ifadələr işlətdi. Sevincin qardaşına zəng etdim. Dedim ki, gəl bacını apar. Qardaşı gələ bilməyəcəyini dedi. Sevinc də, mən də sakitləşəndən sonra niyə xəyanət etdiyini soruşdum. Yenə aramızda dava başladı. Davadan bezib bıçağı götürüb Sevinci bıçaqlamağa başladım. Amma bunu necə etdiyimi xatırlamıram”.

Məhkəmədə zərərçəkmiş Sevinc Əfəndiyevanın hüquqi varisi, qardaşı ifadə verib:

“Sevinclə Laçın arasında mübahisələr keçən ilin sentyabrından başlayıb. Buna səbəb isə Laçının qardaşı Nəbi və arvadı arasında yaranmış mübahisədə Sevincin Nəbinin arvadı Məxmərin tərəfini tutması olub. Nəbi mübahisə zamanı Məxmərin üstünə silah da çəkmişdi. Sevinc mənim yoldaşım Yaqutla söhbət edəndə deyib ki, Nəbi ilə arvadı arasında mübahisənin yaranma səbəbi guya Məxmərin Nəbiyə xəyanət etməsidir. Lakin Sevinc Məxmər haqqında deyilən bu sözə inanmadığını deyib. Hadisə günü Laçın mənə zəng edib evə çağırdı. Bacımdan boşanmaq istədiyini dedi. Laçına dedim ki, sabah işdən icazə alıb gələcəm. Amma Laçın əl çəkmədi ki, bu gün mütləq gəlməlisən. Mən də işdən çıxıb yoldaşım Yaqutla birlikdə onlara getdik. Çatanda evin qapısını açıq gördüm. İçəri girib işığı yandıranda Sevinc qanlar içində yerdə idi. Laçına ömürlük cəza verilməsini xahiş edirəm”.

Məhkəmədə aparılan istintaqla Laçın Əfəndiyev cinayət üzrə təqsirli bilinib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Laçın Əfəndiyev 18 il azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Bu gün, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Bu gün, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər