top
Yaxın 10 ildə ən çox pul gətirəcək sahələr - Çox gəlir əldə etmək üçün övladımızı hara yönəldək?
15 dekabr 2024, 06:25
- ↺ +

Yaxın 10 ildə ən çox pul gətirəcək sahələr - Çox gəlir əldə etmək üçün övladımızı hara yönəldək?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Düzgün peşə seçimi insanın gələcək həyatına təsir edən ən önəmli amillərdən biridir. Bu səbəbdən də müxtəlif nüfuzlu qurumlar və təşkilatlar gələcəyin ən perspektivli və gəlirli peşələri ilə bağlı araşdırmalar aparır. Tədqiqatlar texnologiya, iqtisadiyyat və əmək bazarındakı dəyişikliklərə əsaslanır.

BAKU.WS xəbər verir ki, növbəti 10 ildə ən çox tələb olunan, gəlirli sahələr və ixtisaslar bunlardır:

1. Süni İntellekt (AI) Mühəndisi

2. Məlumat Alimi (Data Scientist)

3. Kiber Təhlükəsizlik Mütəxəssisi

4. Yenilənə Bilən Enerji Mühəndisi

5. Genetik Mühəndis

Bəs görən bu ixtisasların Azərbaycanda təlim və tədrisi hansı səviyyədə aparılır? Gələcəkdə uğurlu iş adamı olmağı, yüksək gəlir qazanmağı hədəfləyən bu günün şagirdləri qarşılarına hansı məqsədləri qoymalıdır?

Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən Təhsil Eksperti Kamran Əsədov deyir ki, Azərbaycanda gələcəkdə yüksək gəlir və geniş iş imkanları təqdim edən peşələr arasında Süni İntellekt (AI) mühəndisliyi, məlumat alimliyi (Data Scientist), kiber təhlükəsizlik mütəxəssisi, yenilənə bilən enerji mühəndisliyi və genetik mühəndislik ön plandadır. Bu ixtisaslar həm texnologiya, həm də elmi sahələrdə əhəmiyyətli mövqeyə malikdir və qlobal miqyasda böyük tələbat var.

Əsas Universitetlər

Onun sözlərinə görə, Azərbaycanda bu sahələrin tədrisi mövcuddur, lakin bəzi sahələrdə proqramlar daha geniş inkişaf etdirilməlidir. Süni intellekt və məlumat alimliyi üzrə təhsil daha çox kompüter elmləri və proqramlaşdırma fakültələrində təqdim olunur. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və ADA Universiteti bu sahədə əsas universitetlərdir. Proqramlaşdırma, məlumat analitikası və maşın öyrənməsi kimi mövzular tədris olunur. Keçid balları tələb olunan proqrama görə dəyişir və adətən yüksək olur, çünki bu sahələrə maraq böyükdür.

Kiber təhlükəsizlik sahəsi

"Kiber təhlükəsizlik sahəsində təhsil əsasən Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mövcuddur. Burada məlumatların qorunması, şəbəkə təhlükəsizliyi və kibercinayətkarlıqla mübarizə kimi mövzular tədris olunur. Bu sahədə iş imkanları artmaqda olduğu üçün tələbələrin marağı da çoxdur.

Yenilənə bilən enerji mühəndisliyi

Yenilənə bilən enerji mühəndisliyi üzrə ixtisaslar Azərbaycan Dövlət Neft və Sənaye Universitetində daha geniş yayılıb. Bu proqramlar enerji mənbələrinin effektiv istifadəsi, alternativ enerji texnologiyaları və davamlı inkişaf mövzularını əhatə edir. Hazırda qlobal miqyasda yaşıl enerji trendləri güclənir və bu, Azərbaycanda da potensial iş imkanları yaradır.

Genetik mühəndislik sahəsi

Genetik mühəndislik sahəsində təhsil əsasən Azərbaycan Tibb Universitetində mövcuddur. Burada genlərin quruluşu, funksiyası və texnologiyaların tətbiqi üzrə dərslər tədris edilir. Tibb və biotexnologiya sahələrində genetik mühəndislik üzrə mütəxəssislərə böyük ehtiyac var. Bu ixtisaslara keçid balları yüksəkdir, çünki tələbə marağı çoxdur və rəqabət böyükdür".

Gələcəyin ixtisası üçün mühüm fənnlər

Ekspertin fikrincə, bu sahələrə hazırlaşmaq üçün şagirdlər müəyyən fənlərə xüsusi diqqət yetirməlidirlər. Riyaziyyat bu peşələrin əksəriyyətində analitik düşüncəni inkişaf etdirmək üçün zəruridir:

"Fizika, mühəndislik sahələrindəki fundamental anlayışları mənimsəmək üçün vacibdir. Kimya və biologiya isə genetik mühəndislik və biotexnologiya sahələrində əsas biliklər təmin edir. İnformatika və proqramlaşdırma da həm süni intellekt, həm də məlumat alimliyi sahələrində müvəffəqiyyət üçün əhəmiyyətlidir. İngilis dili isə qlobal bazara çıxış və beynəlxalq elmi resurslardan istifadə üçün mühüm əhəmiyyət daşıyır".

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər