top
Yevlaxda DƏHŞƏT: 65 yaşlı kişinin 9 yaşlı qıza gözü düşdü
06 dekabr 2024, 09:30
- ↺ +

Yevlaxda DƏHŞƏT: 65 yaşlı kişinin 9 yaşlı qıza gözü düşdü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yevlaxda 65 yaşlı kişi 9 yaşlı qıza qarşı seksual hərəkətlər edib.

İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisənin istintaqı Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Tural Əfəndizadənin sədrliyi ilə keçirilib.

Belə ki, 1960-cı ildə Yevlaxda doğulan Sahib Əfəndiyev (ad şərtidir) sentyabrın 3-də yaşadığı evin pəncərəsindən həyətdə oynayan 2015-ci il təvəllüdlü Aysel Vəliyevanı (ad şərtidir) səsləyərək mənzilinə gəlməsini təklif edib. Bundan imtina etdiyi üçün o, həyətə düşərək Ayselin əlindən tutaraq evə gətirib. Cinsi ehtirasını ödəmək məqsədi ilə azyaşlının dodaqlarından öpüb, seksual xarakterli hərəkətlər edib.

Sahib Əfəndiyev Azərbaycan Respublikası CM-nin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxsə qarşı seksual hərəkətlər) maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Sahib Əfəndiyev ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, yazılanların hamısı yalandır:
“Mağazadan çörək alıb evə gedirdim. Evə çatana yaxın iki balaca qız həyətdə günəbaxan tumu çırtlayırdı. Onlara dedim ki, buranı zibilləməsinlər, gedib başqa tərəfdə oynasınlar. Aysel topun hələ də evimdə qaldığını soruşdu. Düşündüm ki, nəvəm bizə gələndə topla oynayıblar. Topu ona verməyimi istədi, mən də verdim. Amma top boşaldığı üçün Aysel götürmədi və çıxıb getdi.

İttiham aktında yazılıb ki, guya o qızı pəncərədən çağırmışam. O gəlmək istəməyib, mən qolundan tutub evə aparmışam. Belə bir şey mümkündür? Mən ağsaqqal adamam, 64 yaşım var. Aysel mənim nəvəm yaşındadır. İttiham aktında yazılanların hamısı yalandır. İttiham aktını oxuyanda dəhşətə gəldim. Qohum-əqrəba arasında biabır olmuşam. Kürəkənim təhqiqatçıdır. İşi aparan müstəntiq mənə dedi ki, kürəkənim ilə ədavəti var.

Heç Ayselin ailəsini tanımıram, heç vaxt ədavətim olmayıb. Məhkəmədən ədalətli qərar verməyini istəyirəm”.

Məhkəmə istintaqı zamanı mütəxəssisin (müəllim) və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş Aysel Vəliyeva ifadə verib. O, ifadəsində göstərib:

“Anam 9-da işə gedir, saat 10-11-ə qədər bizə atam baxır. Atam da işə gedəndə biz həyətə düşüb başqa uşaqlarla oynayırıq. Sahib başqa blokda qalır. Həyətdə uşaqlarla oynayan zaman həmin kişini tez-tez görürdüm. Hadisə günü uşaqlarla oyun oynayanda Sahib yanımıza gəlib, məni qucağına götürüb üzümdən öpdü. “Allah səni kəsməsin!” deyib bizlə futbol oynamağa başladı. İçkili olduğu üçün futbol oynayanda yıxıldı. Səhəri gün yenə rəfiqələrimlə oynayanda Sahib gəldi məni qucaqlayıb öpdü. Sonra evə gedib pəncərədən məni çağırdı. Mən təklifi rədd etdiyim üçün özü həyətə gəlib, qolumdan tutub apardı. Evə girən kimi məni öpməyə, seksual hərəkətlər etməyə başladı”.

Məhkəmədə aparılan istintaq və tərəflərin çıxışları ilə Sahib Əfəndiyev cinayət üzrə təqsirli bilinib.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Sahib Əfəndiyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər