Qazaxıstanda qəzaya uğrayan təyyarənin sərnişinləri arasında Ural Hava Yollarının hazırkı əməkdaşı da var.
SHOT "Telegram" kanalı xəbər verir ki, 28 yaşlı Ramin Ağayev Moskvada yaşayır və iki ildir stüard işləyir.
Məlumata görə, dekabrın 24-də Ramin altı yaşlı qardaşı oğlunu Bakıya nənəsinin yanına aparıb ki, ailə Yeni ili birlikdə qeyd etsin. Bu gün o, Qroznıya transferlə Bakıdan Moskvaya korporativ reyslə yola düşüb. Dekabrın 26-da o, iş uçuşuna getməli idi.