Ağcabədidə evdən qızıl-zinət əşyaları, avtomobil ehtiyat hissələri və elektrik naqilləri oğurlanaraq zərərçəkmiş şəxsə 8 600 manatdan artıq ziyan vurulub. Bu barədə 17 oktyabr tarixində APA məlumat verib.
Oğurluq etməkdə şübhəli bilinən rayon sakini Qalib Musayev saxlanılıb.
Həmçinin adıçəkilən rayonda narkotik tərkibli bitkinin qanunsuz olaraq kultivasiyasında şübhəli bilinən rayon sakini Çingiz Əliyev saxlanılıb. Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş 11 ədəd çətənə bitkisi və çəkisi 7 kiloqram 555 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı cinayət işləri başlanılıb.