Ağdaşda iki avtomobil toqquşub. Bu barədə 24 dekabr tarixində Daxili işlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində rayon sakini Teymur Hacıyevin idarə etdiyi “VAZ-21011” və Musa Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü, eləcə də iki sərnişini - 2002-ci il təvəllüdlü Elmin Kazımov və 2005-ci il təvəllüdlü E.Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.