Ağstafada piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə 30 oktyabr tarixində APA məlumat verib.
Hadisə rayonun Eynallı kəndində qeydə alınıb.
Belə ki, 1981-ci il doğumlu Ağstafa rayonunun Yuxarı Göycəli kənd sakini Məmmədov Rasim Kərəm oğlunu yolu keçərkən maşın vurub.
Onun vəziyyəti orta ağır qiymətləndirilir.