Ağstafada mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 15 dekabr tarixində İnsanoid Apa-ya istinadən məlumat verir.
“Mercedes” markalı sərnişin mikroavtobusu ilə “Opel” markalı minik maşını toqquşub. Qəzaya səbəb havanın dumanlı olması olub.
İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.