Ağstafada həmkəndlisini qətlə yetirən şəxsə hökm oxunub. Sabir Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə mayın 10-da Report məlumat yayıb.
Hadisə ötən ilin sentyabr ayında Köçəskər kəndində baş verib. 36 yaşlı S.Məmmədov aralarında yaranan mübahisə zamanı bıçaqla 41 yaşlı Y.Yusifovu bıçaqla öldürüb, onun qardaşı M.Zeynalova isə xəsarət yetirərək öldürməyə cəhd edib.
Faktla bağlı “qəsdən adam öldürmə” və “iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd” maddələrilə cinayət işi başlanıb.