Ağsu rayonunun Cəlayir kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar. Bu barədə 28 dekabr tarixində Daxili İşlər Naziri İnsanoid-ə məlumat verib.
Onların Kürdəmir rayon sakinləri Orxan Rəhimov, Bəhlul Cabbarov və Nazim Qənbərov olduqları müəyyən edilib.
Həmin şəxslərdən “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.
Faktla bağlı təhqiqat qrupu tərəfindən araşdırma aparılır.