Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 31-də İndoneziyaya səfərə gedib. Bu barədə İdarə məlumat yayıb.
Səfərdə məqsəd noyabrın 2 və 3-də bu ölkədə keçiriləcək G20 Dini Forumunda (R20) iştirak etməkdir.
İndoneziya hökumətinin G20 Forumunun əsas rəsmi tədbiri kimi tanıdığı Balidə keçiriləcək R20 sammiti dünyadakı müxtəlif dinlərin liderlərinə sivilizasiyaların ortaq dəyərlərini dəstəkləmək üçün platforma yaradılmasına xidmət edəcəkdir.
A.Paşazadə qlobal əhəmiyyətli tədbirdə çıxış edəcək. Forum çərçivəsində QMİ sədrinin ikitərəfli görüşləri planlaşdırılır.