Avstraliyada yaşayan 24 yaşlı Enni Holland nadir xəstəlik səbəbindən 10 ildir ki, yalnız venadaxili qidalarla yaşayır. Həkimlər ona "Otoimmün Otonomik Qanqliopatiya" diaqnozu qoyublar.
Baku TV xəbər verir ki, Hollandın sözlərinə görə, yemək qoxusu ona dözülməz narahatlıq yaradır, bu səbəbdən cəmiyyətdən təcrid olunub.
O, yaşadığı psixoloji çətinlikləri belə ifadə edib: "Həyatımın bu qədər tez bitəcəyini heç düşünməzdim. Gələcək haqqında xəyal qura bilməmək məni məhv edir. Keçirdiyim ağrıları heç kim tam olaraq anlaya bilməz".