Müğənni Ayaz Babayevin "Dəniz Mall" ticarət mərkəzində baş tutan konsertində təhlükəli anlar yaşanıb. Bu barədə 26 dekabr tarixində İnsanoid məlumat verir.
Hadisə 25 dekabr tarixində baş verib.
Belə ki, konsert zamanı fotoqraf Tariel Hüseynov hovuza yıxılıb.
Mərkəzin mühafizəsinin ani müdaxiləsi nəticəsində fotoqraf sudan tez çıxarılıb.