Zərdab rayonunun Körpükənd kəndi ərazisində bir nəfərin kənd sakini olan azyaşlı qızı qaçırmağa cəhd göstərməsi barədə polisə müraciət daxil olub. Bu barədə noyabrın 5-də DİN-dən bildirilib.
Hadisə noyabrın 3-də qeydə alınıb. Qız səs-küy saldığından cinayətkar onu buraxıb və hadisə yerini tərk edib.
Adam oğurluğuna cəhd etməkdə şübhəli bilinən Körpükənd kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin “adam oğurluğuna cəhd” maddəsi ilə cinayət işi başlanılıb.
Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.