Dekabrın 16-da Nərimanov rayonunun Böyükşor qəsəbəsində bir nəfərin 2 000 manatının və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Bu barədə 20 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlində şübhəli bilinən Balakən rayon sakini, əvvəllər məhkum olunmuş Amil Xəlilov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.