Nərimanov rayonunda yaşadığı evdə gizli sex yaradaraq saxta spirtli içkilər hazırlayan şəxs saxlanılıb. Bu barədə noyabrın 18-də DİN-dən İnsanoid-ə məlumat verilib.
Keçirilən əməliyyat zamanı Samir Qurbanov tutulub. Onun evindən xeyli sayda araq, tekila, müxtəlif adlar altında qablaşdırılmış saxta spirtli içkilər, qapaqlar və sair maddi sübutlar aşkar edilib.
Ekspertizası zamanı həmin məhsulların istifadəyə yararsız olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.