Nərimanov rayonunda şirkətlərdən birinin anbarından 20 000 manat dəyərində elektrik və inşaat materialları oğurlanıb. Bu barədə 24 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Şahin Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.