Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində iyunun 29-da iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
İnsanoid-in verdiyi məlumata görə, hərəkətdə olan avtomobil motosikletə çırpılıb. Nəticədə motosikletdə olan sürücü və sərnişini xəsarət alıblar.
Ümumilikdə 2022-ci ilin üç ayı ərzində 403 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 183 nəfər həlak olub, 373 nəfər isə xəsarət alıb.