Köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində üç minik maşınının iştirakı ilə zəncirvari yol qəzası baş verib. Bu barədə 29 oktyabr tarixində Report məlumat verib.
Hadisə zamanı "BMW", "VAZ 2107" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
[gallery columns="2" link="file" size="full" ids="91930,91931"]