Noyabrın 11-də ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub. Bu barədə 12 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.