Qubada silah-sursat aşkarlanıb. Bu barədə 7 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Rayonun Qəşrəş kəndi ərazisindən, Qudyalçay çayının sol sahilindən 1 ədəd əl qumbarası, 1 ədəd ov tüfəngi və 10 ədəd boş tüfəng gilizləri aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.