Dövlət Yol Polisi qeyri-sabit hava şəraiti ilə əlaqədar vətəndaşlara xəbərdalıq etdi. Bu bu gün, 16 oktyabr tarixində Report xəbər verir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 17 oktyabr tarixidnə əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.
Bununla əlaqədar qurum sürücü və piyadalardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.