1 noyabr saat 11:00-dan etibarən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların elektron yerdəyişməsi prosesinə start veriləcək. Bu barədə 31 oktyabr tarixində Elm və Təhsil Nazirliyi məlumat verib.
Uşaqların yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.
Qeyd olunub ki, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.