Göyçay şəhərində beşmərtəbəli binanın qarşısında dayanan avtomobil yanıb. Bu barədə noyabrın 12-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə zamanı “Kia” markalı minik avtomobilinin salon hissəsi yanıb. Nəqliyyat vasitəsinin qalan hissəsi alovdan mühafizə olunub.
Yanğın söndürülüb.