Göygöl rayonunda dəm qazından zəhərlənən qız dünyasını dəyişib. Bu haqda bu gün, İnsanoid Report-a istinadən xəbər verir.
16 yaşlı S.Allahverdiyeva yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Göstərilən tibbi yardımlara baxmayaraq, 9-cu sinif şagirdinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.