Hacıqabulda narkotikə görə iki nəfər məsuliyyətə cəlb olunub.Bu barədə noyabrın 12-də DİN-dən İnsanoid-ə məlumat verilib.
Keçirilən əməliyyat zamanı narkotiklərin dövriyyəsində şübhəli bilinən Kamal Kərimov saxlanılıb. Onun üzərindən kibrit qutusunda qablaşdırılmış marixuana, idarə etdiyi avtomobildən isə 500 qramdan artıq marixuana tapılıb.
Daha bir əməliyyat nəticəsində rayonun digər sakini, Əli Alcanov da tutulub. Həmin şəxsin üzərindən 7 qram, nəqliyyat vasitəsindən isə 502 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri açılıb. Vətəndaşlar barəsində həbs qətimkan tədbirləri seçilib.