İsmayıllıda ata və oğlu yeniyetmə tərəfindən bıçaqlanıblar. Bu barədə 10 noyabr tarixində Report.az məlumat verib.
Noyabrın 9-da rayonun Kürdmaşı kənd sakini, 2006-cı il təvəllüdlü Q.Gülmalıyevin yaşadıqları evin həyətində həmkəndliləri - 28 yaşlı Cümşüd Nəcəfov və onun atası, 58 yaşlı Rauf Nəcəfovla aralarında ailə-məişət zəminində mübahisə düşüb.
Nəticədə o, R.Nəcəfova bir, C.Nəcəfova isə 2 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.
Q.Gülmalıyev saxlanılıb və izahatı alınıb. Müvafiq ekspertiza təyin olunub və polis şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir.