2022-ci ilin yanvar-avqust ayları ərzində qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.
Belə ki, səkkiz ay ərzində 40 277 nikaha daxilolma və 10 391 boşanma halları qeydə alınıb.
Əhalinin hər 1 000 nəfərinə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5,4-dən 6,0-a qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə düşüb.