Kürdəmirdə 28 yaşlı qadın qətlə yetirilib, onun əri şübhəli şəxs qismində saxlanılıb. Bu barədə 6 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, yanvarın 6-da saat 13 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində 1994-cü il təvəllüdlü Könül Qurbanovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Şübhəli bilinən onun həyat yoldaşı, 1987-ci il təvəllüdlü Pərviz Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.