Argentinalı futbolçu Lionel Messinin instagramda paylaşdığı foto 56,8 milyondan çox bəyənmə alıb. Bu barədə 20 dekabr tarixində İnsanoid məlumat verir.
“Dünya çempionları! Bunu o qədər arzulayırdım, o qədər istəyirdim ki, hələ də inana bilmirəm. Ailəmə, məni dəstəkləyən hər kəsə, eləcə də bizə inanan hər bir kəsə çox təşəkkür edirəm”, - deyə futbolçu paylaşımında bildirib.
Qeyd edək ki, sözügedən paylaşım İnstagram sosial şəbəkəsində ən çox bəyənilən “yumurta”nın bəyənmə sayını ötüb.
Xatırladaq ki, Argentina Qətərdə keçirilən dünya çempionatının finalında Fransanı məğlub edib. Messi finalda iki qol vuraraq turnirin ən yaxşı oyunçusu seçilib.
View this post on Instagram
View this post on Instagram